“Şimali Koreya və İranla bağlı əksər problemləri telefon danışıqları və təkbətək görüşlər nəticəsində həll edə bilərəm”.
İNFOAZ.WS xəbər verir ki, bunu ABŞ-nin sabiq lideri, hazırda prezidentliyə namizəd olan Donald Tramp deyib.
O qeyd edib ki, dialoq həll yolları tapmaq üçün ilkin vasitədir:
“Şimali Koreya və İranla bağlı bir çox məsələləri zənglə və ya təkbətək görüşlə həll etmək olar. Dialoq həll yolları tapmaq üçün əsas vasitədir”.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.
Aysun Məmmədova,
İNFOAZ.WS