Braziliyanın ən böyük şəhəri San-Paulu merliyinə namizəd Pablo Marsal (İşçilərin Yenilənməsi Partiyası) televiziya debatında rəqibi Xose Luis Datenanın (Sosial Demokrat Partiyası) onu stul ilə vurması nəticəsində ağır yaralanıb.
Bu barədə G1 portalı məlumat yayıb.
Hücum sual vermək hüququ əldə edən Marsalın rəqibinin “təlxəkliyi” nə vaxt dayandıracağını və seçkilərdən namizədliyini geri götürəcəyini soruşduqdan sonra baş verib.“TV Cultura”da yayımlanan debat dərhal dayandırılıb.
Media qeyd edir ki, qurban Sirio Libanes xəstəxanasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, merliyə namizədə sınıq diaqnozu qoyulub.