Şiddətli daşqınlardan sonra Nigeriyanın Borno əyalətindəki həbsxanadan ən azı 274 məhbus qaçıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya İslah Xidməti məlumat yayıb.
Xidmətin sözçüsü Əbubəkir Ömər verdiyi açıqlamada:
\"Sel şəhərdəki işçi məhəllələri də daxil olmaqla islah müəssisələrinin divarlarını məhv edib. Ən azı 281 məhbus təhlükəsiz obyektə köçürülərkən qaçmağı bacarıb və onlardan yeddisi daha sonra ələ keçirilib\".
Ömər bildirib ki, bölmə qaçanların şəxsiyyətləri, o cümlədən onların biometrik məlumatları barədə məlumatlıdır və bu məlumatı ictimaiyyətə açıq edib.
Həmçinin qeyd edib ki, məhbusların axtarışı davam edir.
Oksana