2024-cü ilin yanvar-avqust ayında Azərbaycandan 139 milyon 545 min dollar dəyərində 116 min 952 ton pomidor ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 15 milyon 255 min dollar və ya 12.3%, miqdar ifadəsilə 4min 887 ton, başqa sözlə 4.4% artıb.
2023-cü ilin ilk 8 ayında isə Azərbaycandan 124 milyon 290 min dollar dəyərində 112 min 064 ton pomidor ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi pomidorun 1 kiloqramının orta ixrac qiyməti 2,03 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1,89 manat idi. Bu da illik müqayisə ilə 0,14 manat və ya 7,6% artım deməkdir.
Bu il ümumi ixracının 0.77%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 6.40%-i pomidorun payına düşüb.