2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 24 milyon 977 min dollar dəyərində 32 min 649 ton şəkər ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8 milyon 345 min dollar və ya 50% , miqdar ifadəsilə 10 min 322 ton və ya 46% artıb.
2023-cü ilin 8 ayında isə Azərbaycandan 16 milyon 632 min dollar dəyərində 22 min 327 ton şəkər ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi şəkərin 1 kiloqramının orta ixrac qiyməti 1,30 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1,26 manat idi.
Bu il ümumi ixracının 0,14%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,15%-i şəkərin payına düşüb.