Tədbirin davamı olaraq 2023-2024-cü tədris ilini müvəffəqiyyətlə başa vuraraq tədris və idman nəticələrinə görə Polis Akademiyasının kursantları arasında “Əlaçı kursant” və ll dərəcəli “İdmançı kursant” döş nişanlarına layiq görülmüş, habelə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən lll ixtisas qrupu üzrə keçirilmiş imtahanlarda 650 və yuxarı bal toplayaraq Polis Akademiyasına qəbul olmuş gənc kursantlara Akademiya rəisi C.Daanov tərəfindən döş nişanları və qiymətli hədiyyələr təqdim edilib. Sonra 2023-2024-cü tədris ilini “Əlaçı” döş nişanı ilə başa vurmuş V kurs kursantı K.Qurbanlı çıxış edərək göstərilən qayğı, etimad və dəstəyə görə akademiya rəhbərliyi və elmi pedaqoji kollektivinə öz təşəkkürlərini bildirib. Mərasim I kurs kursantlarının "Polis Andı”nı qəbul etmələri ilə davam edib. Daha sonra I kurs kursantı Ə.Paşazadə çıxış edərək bu əlamətdar gün münasibətilə kurs yoldaşlarını təbrik edib. Sonda “Polis Akademiyasının marşı” səsləndirilib və şəxsi heyət təntənəli keçid ilə tribunanın qarşısından keçib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta