AZ

Təhsil Tələbə Krediti üçün 54 mindən çox müraciət daxil olub

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Vətəninfo.az-a verilən xəbərə görə, tələbə krediti üçün ümumilikdə 54065 nəfər müraciət edib.

Onlardan 41268 nəfərə kredit verilib. 14231 nəfərə sosial, 27037 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

Məlumata görə, müraciətlərin 917-si natamam olub, 10267 müraciətə isə imtina verilib.

Seçilən
48
11
veteninfo.az

10Mənbələr