Sentyabrın 16-da Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalarda Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar onlayn treninq keçirilib.Beş gün keçirilməsi nəzərdə tutulan (16-21 sentyabr) treninqin ilk günü Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi, Nərimanov, Nəsimi, Nizami, Səbail, Sabunçu, Suraxanı, Xətai, Xəzər, Qaradağ, Yasamal rayon Mərkəzlədirilmiş Kitabxana Sistemləri və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanası, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhər, Abşeron və Xızı rayon Mərkəzlədirilmiş Kitabxana Sistemləri, həmçinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası iştirak edib.Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov iştirakçıları salamlayıb, Koha proqramının tətbiqi ilə əlaqədar Milli Kitabxanada keçirilmiş treninqlərin və onlayn görüşlərin əhəmiyyətindən danışıb, treninqlərin keçirilməsində əsas məqsədin kitabxanalarda bu istiqamətdə mövcud vəziyyəti analiz etmək, problemləri aydınlaşdırmaq, onların həlli yönündə təklif və tövsiyələrlə çıxış etmək olduğunu bildirib, proqramın tətbiqi məsələləri ilə bağlı mütəmadi olaraq treninq və görüşlərin keçiriləcəyini qeyd edib.Milli Kitabxananın əməkdaşları tərəfindən treninqdə iştirak edən kitabxanalarda işin vəziyyəti təhlil edilib, tətbiq prosesində meydana çıxan problemlər, onların aradan qaldırılması yolları göstərilib, suallar cavablandırılıb və funksionallığın artırılması məqsədilə lazımi tövsiyələr verilib.Faktinfo.azBirinci məlumatlanmaq üçün facebook səhifəmizi
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta