AZ

"Valideynlər əlavə yüklənmək istəmirlər" — Uşaqların sayı niyə azalır?

Uşaqların sayının azalması doğuşun sayının azalması və uşaq ölümünün artması ilə bağlıdır. Daha çox isə doğuşun sayının azalması ilə bağlıdır. Yəni insanlar gec ailə qurur və ailə qurduqdan sonra çalışırlar ki, ailədə maksimum 2 uşaq olsun. 

Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, valideynlər uşaqları böyütməkdə çətinlik çəkdikləri üçün növbəti uşaq istəmirlər:

“Valideynlər uşaqları böyütmək, baxmaq, onlara sona qədər çətinlik çəkəcəklərini bildikləri üçün növbəti uşaq istəmirlər. Həqiqətən də, valideynlər çox böyük çətinlik içindədirlər. Ona görə də uşaqların sayında azalma müşahidə edilir. Bu daha çox sosial müdafiə və imkana bağlı bir məsələdir. Çünki bizdə uşaq ölümü elə də kritik səviyyədə deyil. Sadəcə insanların imkan və şəraitlərindən asılı olan bir məsələdir ki, bu da uşaqların sayının azalmasına gətirib çıxarır. Belə olanda ailələr çox uşaq istəmir və əlavə problem, öhdəliklər yüklənmək istəmirlər”.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
11
demokrat.az

1Mənbələr