Bakı. Trend:
2024-cü il sentyabr ayının 1-nə respublika üzrə uçotda olan1.570.205 vergi ödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizihüquqi şəxslər və digər təşkilatlar olub.
Bu barədə Trend-əİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindənbildirilib.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 89 947 vahid (6,1 faiz), o cümlədənfiziki şəxslərin sayı 76.266 vahid (5,9 faiz), hüquqi şəxslərinsayı 13.681 vahid (7,3 faiz) artıb. Sentyabr ayının 1-nəqeydiyyatda olan kommersiya qurumlarının sayı 184.820 vahid təşkiledib.
2024-cü ilin yanvar-avqust aylarında 8.741 vahid kommersiyaqurumu dövlət qeydiyyatından keçib ki, bunun da 7.791-i (89,1 faiz)yerli investisiyalı, 950-si (10,9 faiz) xarici investisiyalımüəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiyaqurumlarının 7.117-si (81,4 faizi) elektron qaydada, onların isə5.726-sı Asan İmza, 1.372-si finkod+mobil üsulla, 19-u “SİMA”rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydəalınıb.
2024-cü ilin sentyabr ayının 1-nə dövlət qeydiyyatında olankommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı38.564 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü iləmüqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatdaxüsusi çəkisi 32,1 faiz təşkil edib. Həmin tarixə dövlətqeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,2 faizi məhdudməsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizikooperativ və s. formalarda yaradılıb.