AZ

ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhünəldə olunmasının vacibliyini vurğulayaraq, Amerika BirləşmişŞtatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səyləriniəsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasındasərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, ocümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgəfəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

Regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısıvurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdəədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar vəstatus-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycanarasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmizolduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanınöz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycanaqarşı olan ərazi iddialarına soy qoymasının, həmçinin keçmişinqalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütüntəsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlhamƏliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbətnəticələri qeyd edib və Əsasmanə əsasında bu prosesin aparılacağınıbildirib.

Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinətoxunulub.

Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsininAzərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ınCOP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərinivurğulayıb.

Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham ƏliyevCOP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühümqərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmişdövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunudeyib.

Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəflimünasibətlərə dair fikir mübadiləsi aparılıb.

Seçilən
141
48
az.trend.az

10Mənbələr