Bakı. Trend:
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələrİdarəsində tanınmış azərbaycanlı fotoqraf Reza Deqati ilə görüşkeçirilib.
Bu barədə Trend-ə MüdafiəNazirliyindən bildirilib.
Əvvəlcə R.Deqatiyə Nazirliyin nəşriyyat, multimedia və redaksiyafəaliyyəti barədə geniş məlumat verilib.
Görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinəçatdırılmasında böyük xidmətlər göstərən R.Deqatinin ölkəmizin ənağır və faciəvi günlərində, taleyüklü anlarında xalqımızın yanındaolduğu vurğulanıb. Onun Birinci Qarabağ və Vətən müharibəsi, eləcədə tarixi zəfərdən sonrakı dövrlərdə erməni vandalizmini vəterrorçuluğunu ifşa edən fəaliyyətindən, Azərbaycanın təbiətini,adət-ənənələrini və mədəniyyətini təbliğ edən çoxşaxəli işlərindənbəhs edilib.
Müdafiə Nazirliyinin kommunikasiya sahəsində fəaliyyət göstərənbir qrup həyəti ilə fotoqrafiya sənətinə həsr edilmiş master-klaskeçirilib. İştirakçılara foto sənətinin inkişaf mərhələləri,fotoqrafiyanın tarixi, janrları, həmçinin müasir fotoavadanlıqların imkanları haqqında məlumat verilib. Fotoqrafiyasənətinin incəliklərindən danışan R.Deqati fotoda əsas məqamlarolan dokumentalizm, həqiqilik, dolğunluq və reallığa diqqətyetirilməsinin vacibliyini xüsusi qeyd edib.
Master-klas iştirakçılarına azərbaycanlı fotoqrafın həyat vəyaradıcılığını əks etdirən film təqdim olunub.
Görüş iştirakçılarının çoxsaylı suallarını cavablandıranR.Deqati zəngin xatirələrini bölüşüb.
Tədbirin sonunda Azərbaycan Ordusunun fəaliyyətini, xüsusiləVətən müharibəsi dövrünü əks etdirən fotosərgiyə baxışkeçirilib.