AZ

Stoltenberq: NATO ölkələrində Ukraynanın alyansa dəvət olunması ilə bağlı konsensus yoxdur

NATO-ya üzv ölkələr hələ ki, Ukraynanın alyansa dəvət olunması ilə bağlı konsensus formalaşdırmayıb.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Amerikanın "Foreign Policy" jurnalına onlayn müsahibəsində deyib.

“Üzv ölkələr razılaşana qədər heç bir dəvət ola bilməz. Bunun üçün konsensus lazımdır və bizdə hələ ki, yoxdur”, - o vurğulayıb.

Eyni zamanda o qeyd edib ki, Kiyev Qərb silahları ilə Rusiya ərazisindəki “qanuni hədəfləri” vurmaq hüququna malikdir, lakin bu barədə qərarları silahı tədarük edən dövlətlər verir.

Seçilən
36
aznews.az

1Mənbələr