Danimarka ilin sonuna kimi daha bir neçə F-16 qırıcısını Ukraynaya təhvil verəcək.
Bu barədə Danimarka radiosu müdafiə naziri Troels Lund Poulsenə istinadən məlumat yayıb.
O, “təhlükəsizlik baxımından” yeni çatdırılmanın dəqiq vaxtını və Kiyevə vəd edilən təyyarələrin sayını açıqlamayıb.
Nəşr xatırladıb ki, ötən il Danimarka Ukraynaya bu sinifdən 19 qırıcı tədarük etməyi öhdəsinə götürüb. Onlardan birincisi bu ilin avqustun əvvəlində köçürülüb.