Bakı. Trend:
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları TəşkilatınınRəyasət Heyəti Prezident İlham Əliyevə təşəkkür məktubuünvanlayıb.
Trend xəbər verir ki,məktubda deyilir:
"Cənab Prezident!
Elə tarixi şəxsiyyətlər, əvəzolunmaz simalar, tərcümeyi-halı ilətarix yaradan insanlar var ki, onlar ulu öndər Heydər Əliyevin diliilə desək, fəaliyyətləri ilə daima xalqımıza, dövlətimizəbaşucalığı gətirmişlər. Onlardan biri də Müharibə, Əmək, SilahlıQüvvələr Veteranlar Təşkilatının sədri, İkinci Dünya müharibəsininiştirakçısı, vətən qarşısındakı xidmətlərinə görə çoxsaylı orden vəmedallarla, “İstiqlal” ordeni ilə təltif olunmuş Fatma xanımSəttarova idi.
1941- 1945-ci illər müharibəsində və ondan sonrakı quruculuqillərində fədakarlıqlar göstərmiş bu əvəzsiz insan, həm dəmüstəqillik illərindəki fəaliyyəti ilə xalq məhəbbəti, dövlətsevgisi qazanmışdır.
Fatma xanım Səttarovanın çoxsaylı uğurlarının və naliyyətlərininən böyük memarı Ulu Öndər Heydər Əliyev idi. Fatma xanım ÜmumilliLiderin dövlət idarəçilik məktəbinin ən qiymətli müdavimlərindənbiri olmaqla yanaşı, həm də onun azərbaycançılıq məfkurəsininvətənpərvərlik idealogiyasının təbliğatçılarından idi. O, həm dəUlu Öndərimizin tələbə yoldaşı kimi qəlbində çoxsaylı gənçlikxatirələri daşıyırdı. Fatma xanım bütün fəaliyyəti ilə vətənəsevginin, milli təəssübkeşliyin, zəhmətsevərliyin, ailədəyərlərinə, ocağ ruhuna sədaqətin nümunəsi idi. Onun sonsuz vətənsevgisi Ulu Öndərin, Sizin və ölkəmizin Birinci vitse-prezdentiMehriban Əliyevanın xeyirxağlıq, yaxşılıq, məhəbbət və mərhəmətduyğuları ilə şölələnirdi. Fatma xanım 102 il ömür yaşadı. TəkcəAzərbaycan vətəndaşlarına deyil, MDB ölkələrinin insanlarına danümunə oldu. Müharibənin özü ilə birlikdə gətirdiyi fəlakətinacılarını tarixi çıxışları ilə sübut etdi, insanlara çatdırdı.Dözümü, cəsarəti və ləyaqəti ilə gənçliyə, qadın ucalığına, anasiqlətinə, ictimai xadim əzəmətinə şərəf gətirdi. İstər milliazadlıq hərəkatı dövründə, istər Birinci Qarabağ savaşında, istər44 günlük Vətən müharibəsində nümunəyə çevrildi.
Cənab Prezident!
Fatma xanım ölkəsini, vətənini, millətini sonsuz hüdudları məlumolmayan bir məhəbbətlə sevirdi, ulu öndər Heydər Əliyevlə, Sizinlə,Mehriban xanım Əliyeva ilə qürur duyurdu. Bütün çıxışlarınıAzərbaycan sevgisi ilə başlayır, Ulu Öndər, Müzəffər Ali BaşKomandan və Birinci xanımla bitirirdi. Sizin ona daimi qayğınızlaisə ömrü uzanırdı. Məhz sizin sərəncamlarınızla Fatma xanımınmənzil-məişət şəraiti yaxşılaşmış, ona Prezident təqaüdü verilmiş,“İstiqlal” oredeni ilə təltif olunmuşdu.
Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarTəşkilatının çoxsaylı üzvləri adından mərhum sədrimizin, İkinciDünya müharibəsinin iştirakçısı, ölkəmizin ictimai həyatındauzunmüddətli səmərəli fəaliyyət göstərmiş Fatma xanım Səttarovanınruhuna ehtiramınıza, imzaladığınız nekroloqa, II Fəxri xiyabandaayırdığınız torpaq müqəddəsliyinə, son mənzilə yolasalmamərasiminin yüksək səviyyədə təşkilinə görə Sizə və çox hörmətliMehriban xanıma Əliyevaya təşəkkür edir, minnətdarlığımızıbildiririk”.
Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının Rəyasət Heyəti adından sədr vəzifəsinin icraçısı,polkovnik
Cəlil Xəlilov