AZ

"Onlar düşünürlər ki, ailə qurub məsuliyyət götürməkdənsə, qurmaması daha yaxşıdır" — Ceyhun Məmmədov

Bu il 1-ci sinifə gedən uşaqların sayı keçən illə müqayisədə xeyli azalıb. Belə ki, 2024-2023-ci tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2023-2022-cü tədris ilində isə ölkənin ümumtəhsil məktəblərinin 1-ci sinfinə 137 862 uşaq gedib. 

Bəs bu azalmanın səbəbi nədir?

Məsələ ilə bağlı Demokrat.az-ın sualını cavablandıran millət vəkili Ceyhun Məmmədov bildirib ki,  şagirdlərin azalmasına səbəb boşanmaların sayın artmasıdır:

“Hesab edirəm ki, bu məsələ çox aktual mövzudur. Biz bu məsələyə ciddi şəkildə yanaşmalıyıq. Xüsusilə də bölgələrdə bu azalma özünü nəzərə çarpacaq dərəcədə göstərir. Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu var ki, onların əsas funksiyalarından biri də, bu kimi məsələlərim araşdırılmasıdır. Bu məsələlərlə ciddi məşğul olmasaq gələcəkdə çox ciddi problemlər yaşıyarıq. Ümumi ailələrə nəzər yetirdikdə, indiki dövrlə müqayisədə əvvəlki dövrdə bir ailədə 10,6 övlad, yavaş-yavaş azalaraq 4,3 və artıq iki bəzi ailələr isə yalnız bir övladla kifayətlənirlər. Bu da aktual problem kimi son zamanlar özünü açıq-aydın göstərir. Əsas səbəblərdən biri isə cəmiyyətimizdə boşanmaların sayının artması, bəzi gənclərin evlənməyə meyl göstərməməyidir. Onlar düşünürlər ki, ailə qurub məsuliyyət götürməkdənsə, qurmaması daha yaxşıdır. Gənclərin bu formada məsələyə yanaşması,  ciddi çətinliklər yaradacaq. Düşünürəm ki, bu istiqamətdə təbliğata və maarifləndirməyə də çox böyük ehtiyac var.  Biz məsələnin daha da ağırlaşmasını gözləməməliyik”.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
19
demokrat.az

1Mənbələr