AZ

ABŞ bu ölkənin dörd vətəndaşına sanksiya tətbiq etdi

Bakı. Trend:

ABŞ etiraz aksiyalarına görə, dörd gürcü vətəndaşına qarşısanksiya tətbiq edib.

Trend xəbər verir ki, bubarədə gürcü KİV-ləri məlumat yayıb.

Məlumata görə, DİN-in Xüsusi Təyinat Departamentinin rəhbəriZviad Xarazişvili (Xareba) və onun müavini Mileri Laqazauri iləyanaşı radikal sağçı şəxslər olan Konstantin Morqoşiya və ZurabMaxaradzeyə sanksiya tətbiq edilib.

Qeyd edək ki, Bayden administrasiyası daha əvvəl qanuna vəetirazlara görə “Gürcü Arzusu” üzvlərinə, parlament üzvlərinə,hüquq-mühafizə orqanlarına və özəl vətəndaşlara viza qadağasıqoyub.

Məqalədə:
Seçilən
12
6
az.trend.az

2Mənbələr