ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənədə əsasən, sanksiya siyahısına Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin rəhbəri Zviad Xarazişvili, onun müavinlərindən biri, habelə insan hüquqlarının ciddi şəkildə pozulmasında iştirakı iddia edilən iki “ekstremist qruplaşma lideri” salınıb.
Bəyanatda deyilir ki, ABŞ həmçinin yüksək rütbəli dövlət məmurları, iş adamları, hüquq-mühafizə orqanlarının əməkdaşları və qanunvericilər və onların ailə üzvləri də daxil olmaqla 60-dan çox Gürcüstan vətəndaşına demokratiyaya xələl gətirdiyi iddiası ilə viza məhdudiyyətləri tətbiq edir.
Qeyd olunur ki, məhdudlaşdırıcı tədbirlər habelə Yunanıstan, BƏƏ və Kiprdə yerləşən 5 şəxsə və Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş, Amerika vətəndaşlarına qarşı istifadə edilən casus texnologiyalarının hazırlanması, istismarı və yayılması ilə məşğul olduğu iddia olunan bir şirkətə şamil edilib.
Qeyd edək ki, sanksiya siyahısına daxil edilmə həmin şəxsin ABŞ-dəki aktivlərinin dondurulması və ABŞ vətəndaşlarına və şirkətlərinə onlarla biznes aparılmasının qadağan edilməsi deməkdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta