AZ

Polşanın bu iki şəhərinin sakinləri təxliyə edilir

Polşanın Nısa və Paçkuv şəhərlərinin sakinləri daşqın təhlükəsi ilə bağlı təxliyə olunub.

Axar.az xəbər verir ki, bu barədə TVN 24 məlumat yayıb.

Məlumata görə, 2,5 minə yaxın sakin təhlükəsiz əraziyə təxliyə edilib. Paçkuv şəhərinin dörddə biri su altında qalıb.

Qeyd edək ki, ötən gün Polşanın Baş naziri Donald Tusk ölkənin cənubunda baş verən irimiqyaslı daşqınlar səbəbindən təbii fəlakət vəziyyəti elan etmək qərarına gəlib.

Seçilən
10
9
axar.az

10Mənbələr