AZ

Qonşusunun evində çörək bişirərkən evindəki yanğında 6 aylıq körpəsini itirdi - VİDEO

Goranboyda evdə yanğın olub, 6 aylıq oğlan uşağı yanıq xəsarətlərindən ölüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Veyisli qəsəbəsində, Rasim İsgəndərova məxsus mənzildə qeydə alınıb.

Yanğınsöndürənlər alovu tez bir zamanda ram etsələr də, mənzildə yatılı olan körpə yanıq xəsarətləri alıb. Ev sahiblərinin məlumatına görə, azyaşlı qonşunun kiçik övladı olub.

Onun anası yanğın olan evdə çörək bişirirmiş...

Kəlbəcər rayon sakinləri olan ev sahibləri Rasim İsgəndərov və oğlu yanğın zamanı evdə olmayıblar.

Xəsarət alan uşaq əvvəlcə Goranboy, ardından isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırlıb.

Ağır yanıq xəsarətləri alan 6 aylıq körpə gecə saatlarında Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasında ölüb.

Həkimlərinin tibbi müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaaterialında:


Bizim.Media

Seçilən
13
7
bizim.media

7Mənbələr