AZ

Yaxın vaxtdadevalvasiya gözlənilir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Devalvasiya zərurəti, adətən, ölkəyə daxil olan xarici valyutanın kifayət qədər olmadığı və bu istiqamətdə tələbatın artdığı hallarda yaranır”. 

Banco.az xəbər verir ki, bunu iqtisadçı ekspert Xalid Kərimli deyib. O bildirib ki, əgər hökumət sabit məzənnəni saxlamaq çətinliyi ilə üzləşərsə, devalvasiya qaçılmaz ola bilər:

“Azərbaycanda son 7 il ərzində devalvasiya baş verməyib, lakin bu müddətdə inflyasiya davam edib.Əgər devalvasiya baş verərsə, inflyasiya daha da sürətlənəcək. Devalvasiyaya ehtiyac ölkənin tədiyyə balansında daxil olan xarici valyuta miqdarı az olduğu halda yaranır. Bu zaman çıxan valyutadan daha çox tələb yaranır. Devalvasiya inflyasiyaya gətirib çıxara bilər, lakin bu, devalvasiya olmasa da, inflyasiya olmayacaq demək deyil”.

Xalid Kərimli əlavə edib ki,  manatı digər valyutalara, məsələn, avro və ya rubla bağlasaq, həmin valyutaların dəyər dəyişiklikləri manatın məzənnəsinə də təsir göstərəcək. Ekspert onu da qeyd edib ki, əsasən inflyasiyanın artması hesabına narahatlıq nəticəsində əhalinin əlindəki pulun alıcılıq qabiliyyəti azala bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
11
banco.az

1Mənbələr