AZ

İstanbul şəhərində İslam Bankçılığı Təlimi başlayıb

Azərbaycan Respublikasında islam bankçılığı kimi alternativ maliyyələşdirmə alətlərinin tətbiqi imkanları, perspektivləri öyrənilməkdədir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 2024-2026-ci il “Maliyyə sektorunun inkişaf strategiyasında” yer alan alternativ (islam bankçılığı, rəqəmsal kreditləşmə və s.) maliyyələşdirmə alətlərinin tətbiqi imkanlarının araşdırılması strateji təşəbbüsündən irəli gələn fəaliyyətlər, İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu çərçivəsində məsələlərin icrası və McKinsey şirkəti tərəfindən hazırlanan “Sosial iqtisadi inkişafın maliyyələşməsi” layihəsində qeyd edilən alternativ maliyyələşdirmə imkanlarının araşdırılması, eyni zamanda AMB tərəfindən islam bankçılığı ilə əlaqədar yaradılan İşçi Qrupu və s. fəaliyyətlərin davamı olaraq 16 sentyabr 2024-cü il tarixindən etibarən İstanbul şəhərində İslam Bankçılığı Təlimi başlayıb. 

5 gün, sentyabrın 20-dək davam edəcək təlim Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının, Türkiyə Banklar Birliyinin (TBB) və Türkiyə Katılım Bankları Birliyinin (TKBB) təşkilatçılığı ilə, eləcə də Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) dəstəyi ilə keçiriləcəkdir. Təlim Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan hüquqşünas, komplayens və satış sahəsi üzrə rəhbər şəxslər üçün nəzərdə tutulub. 

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
8
3
banco.az

4Mənbələr