Səttar Möhbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri postundan gedişindən sonra geridə qalan bu illər ərzində onun yol verdiyi maliyyə maxinasiyaları, korrupsiya əməlləri ilə bağlı araşdırmalar aparılması gözlənilir.Təbii ki, 30 ildən artıq müddətdə Səttar Möhbalıyev bu yeyintiləri təkbaşına həyata keçirə bilməzdi. Ona bu işdə, bu mənimsəmələrdə həm də komandası dəstək olub və bu proseslərdə iştirak ediblər. İndisə AHİK-də sədr dəyişsə də, sözügedən şəxslər vəzifələrində qalmaqdadırlar. Söhbət AHİK-də sədr müavini və digər postlarda olanlardan gedir.Tribunainfo.az xəbər verir ki, onlardan biri AHİK-in maliyyə şöbəsinin müdiri Qalib Ataş oğlu Qəribovdur. O, 1983-cü ildən Azərbaycan Həmkarlar İttifaqları sistemində çalışır. 1993-cü ildən AHİK-in maliyyə şöbəsinə rəhbərlik edir, 2006-cı ildən isə AHİK-in katibi-maliyyə şöbəsinin müdiridir.Təsəvvür edin ki, qurumun maliyyə işlərinin kurasiyası 30 ildən çoxdur eyni şəxsdədir. Q.Qəribovun 1993-cü ildən bəri şəffaf işlədiyini söyləmək isə gülüş doğura bilər.Onun Möhbalıyevlə birgə maliyyə mənimsəmələrini icra etdikləri şübhə doğurmamalıdır. Ümumiyyətlə, bir şəxsin 30 ildən çox maliyyə şöbəsində olmasının özü belə bir anormallıqdır.Ancaq təkcə Qəribovla Möhbalıyevin komandası məhdudlaşmır. Digər şəxslər isə müavinləri və birinci sədr müavinidir. Hazırda AHİK-də birinci müavin İlyas Əliyevdir. O, 1996-ci ildən sədr müavini olub. 1998-ci ildən isə birinci müavindir. 1998-ci ildən İlyas Əliyev AHİK-də müavin vəzifəsindədir. Ona görə onun da maliyyə maxinasiyalarına qarışmaması mümkün deyil və Möhbalıyevlə birlikdə bu işləri həyata keçirdikləri istisna deyil. Çünki 28 ildir bu vəzifədədir.Digər müavin isə Aqil Dadaşovdur. Aqil Dadaşov da 1998-ci ildən müavin vəzifəsindədir və indiyə qədər eyni postda oturub. Və bu da suallar doğurur ki, niyə bu adamlar illər keçməsinə, Azərbaycanda nazirlər, vəzifəli şəxslər dəyişməsinə baxmayaraq hələ də vəzifədədirlər?!Ondan geri qalmayan həmkarı – müavin Cavanşir Alxasovdur. O, 2001-ci ildən sədr müavinidir. Onun da Möhbalıyevlə sıx əlaqələrinin olduğu bildirilir. Müavinlərdən bol olan Möhbalıyevin başqa bir adamı isə Əbil Ağasıyevdir. 2018-ci ildə müavin vəzifəsinə təyin edilib. Hələ ki, ən az müavin postunda qalanlardandır.Digər müavin isə Hikmət Osmanovdur. H.Osmanov həm də I və II çağrış üzrə deputat olub. Eyni zamanda, 2005-ci ildən AHİK-də vəzifə tutur. 2021-ci ildən isə o müavin vəzifəsindədir. Bu şəxslər təbii ki, Möhbalıyevin komandası olub və uzun illər onunla birlikdə korrupsiya əməliyyatlarında iştirak ediblər. Bu səbəbdən də sual yaranır ki, bu qədər müavin Həmkarlar İttifaqında niyə lazım olub? Təbii ki, bu Möhbalıyevlə bağlı korrupsiya araşdırmaları aparılacaqsa, adıçəkilən müavinlərin də əməllərinin təftiş edilməsi mümkündür…Tərəflərin mövqeyini dinləməyə hazırıq.Tribunainfo.az
Facebook-da paylaş
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta