Xəbər verdiyimiz kimi, müğənni Kərim Abasov qatıldığı toy məclisində fonoqram oxuduğu üçün döyülüb.Axşam.az xəbər verir ki, sənətçi hadisədən sonra ilk dəfə efirə çıxıb. "Elgizlə izlə"yə gələn Kərim həmin gecə yaşananlardan danışıb:"Qonaqlardan biri mahnı sifariş etdi, rus dilində idi. Musiqiçilər ifa edə bilməzdi. İfanı oxuyan zaman biri yaxınlaşdı ki, oxumaq istəyirəm. Çalışırdı mikrofonu əlimdən alır. Mənim səhnəm, musiqiçilərimdir. Mikrofon şəxsidir, nə haqla almağa çalışırsan. Dedim ki, fonoqramdır, mikrofonu alma. Məhəl qoymadı. Ona başqa mikrofon verdilər, 50 yaşında adam idi, oxudu və getdi. Saat 12-yə qalırdı, xına mərasimi başladı. Məclisdə az adam qalmışdı. Ev sahibi kübar ailədir, məni döyməyib. Toya gələn 50 yaşlı həmin kişi və yanındakı adam maşınıma gedəndə mənə hücum çəkdi. Başladılar ki, niyə fonoqram oxumusan? Cavab verdim ki, belə alındı, məcbur idim. Yanındakı dedi ki, niyə belə danışırsan? Mən isə sakit danışıram, aqressiv deyiləm. Pilləkəni düşəndə eşitdim ki, çox pis söyüş dedi. Menecerim geri qayıtdı, başladı ki, sənə yox, ona deyirəm. Mən də qayıtdım ki, filankəs özünsən. Əl atdılar, qırğın başladı. Adamlardan biri kənarda qoyulan böyük dəmiri aldı və mənə cumdu. Onu kimə vursan iki yerə bölünər. Mən qaçdım ki, dəyməsin. Orada tək olsaydım indi mənə fatihə oxuyacaqdınız. Polis və təcili yardım gəldi. Elə vəziyyətdəyəm ki, hələ də şokdan çıxmamışam".Kərim mübahisə zamanı barmağının sındığını bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta