AZ

6 milyon barrelə qədər neft almağı planlaşdırır

ABŞ administrasiyası ölkənin strateji ehtiyatını bərpa etmək üçün 2025-ci ilin ilk bir neçə ayında tədarük şərtilə 6 milyon barrelə qədər neft almağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ iqtidarı tenderin keçirilməsini artıq sentyabrın 18-də elan edə bilər. Xammalın Luiziana ştatında, ABŞ-də strateji neft ehtiyatının saxlanması üçün nəzərdə tutulmuş dörd ciddi mühafizə olunan ərazidən birində yerləşdirilməsi planlaşdırılır.

Əgər sövdələşmə uğurla həyata keçirilərsə, bu satınalma 2022-ci ildən bəri ölkənin ehtiyatının ən böyük artımı ola bilər.

ABŞ Prezidenti Co Bayden 2022-ci ilin mart ayının sonunda ölkədə benzin qiymətlərini azaltmaq məqsədilə Energetika Nazirliyinə 180 gün ərzində strateji ehtiyatdan gündə bir milyon barrel neft satmağı tapşıran fərman imzalayıb. Nazirlik bu xammalın satışından əldə olunan gəlirləri enerji daşıyıcılarının alınması və neft ehtiyatının doldurulması üçün istifadə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
sam.az

3Mənbələr