Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Fərəc Tahirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İttihama görə, hadisə bu il Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, Fərəc Tahirov keçmiş arvadı, zərərçəkmiş Lamiyə Əsədova (şərti) ilə ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisəyə səbəb isə qadının işlədiyi fabrikdən gecə çıxıb evə gəlməməsi olub. Zərərçəkmiş işlərin çox olması ilə əlaqədar olaraq fabrikdə gecə də çalışdığını bildirib. Bu zaman o, sərinkeşlə Lamiyənin sol çiyin nahiyəsindən vuraraq, ona xəsarət yetirib. Hadisədən sonra qadın polisə məlumat verib və Fərəc Tahirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta