AZ

Qanunsuz yazılmış borcun məhkəmə qaydasında silinməsi yaxşı haldır... - Ekspert danışır...

Azərbaycan Respublikasında: istehlakçıların: qaz, su, kanalizasiya, enerji, rabitə, telefon, poçt və sair digər kommunal xidmətlər üzrə istehlakçıların hüquqlarını müdafiə edən -" İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında" AzərbaycanRespublikası Qanunu və digər normativ hüquqi xarakteri aktlar var və qüvvədədir. Lakin, qeyd olunan qanunvericilyin bu tələblərini pozan, icra etməyən və istehlakçıların hüquqlarını pozan istehsalçılar və məsul vəzifəli şəxslər də az deyil. Səbəbləri isə aşağıdakılardır:1. İlk olaraq onu bildirirəm ki: qaz, su, rabitə, kanalizasiya, enerji, telefon,poçt və sair digər kommunal xidmətləri üzrə istehlakçı hüquqlarının pozulmasının əsas səbəbi, bu hüquqları pozan istehsalçı və onların vəzifəli şəxslərin müfafiq qaydada məsuliyyətə cəlb olunmamasıdlr.2. Qüvvədə olan qanunvericilliyə əsasən: Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı- istehlakçı (qaz, su, kanalizasiya enerji, rabitə, telefon və sair digər kommunal xidmətləri üzrə): işlərin icra edilməsi və sair xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən ikitərəfli müqavilə bağlamağa borcludur. İstehsalçı öz istehsalat və ya digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə, fasiləsiz təmin edilsin.3. İstehsalçı, bağladığı müqavilə üzrə işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar istehlakçıya dəyən ziyanın əvəzini tam ödəməyə borcludur. Çox təəssüf ki, bağlanan bu müqavilədə hüquq və vəzifələr, istehsalçının xeyrinə birtərəfli olur. Yəni, bağlanan müqavilələrdə: istehsalçının yalnız hüquqları var, vəzifə və məsuliyyəti yoxdur, istehlakçının isə əksinə: hüquqları yox, yalnız vəzifə və məsuliyyətləri var. 4. Son dövrlərdə qaz, su, rabitə, kanalizasiya enerji, telefon, tibb və sair digər kommunal xidmətləri üzrə "qanunsuz yazılmış borcların silinməsi və istehlakçı hüquqlarının bərpası" ilə əlaqədar kifayət qədər məhkəmə qərarları da qəbul olunur.5. Qanunsuz yazılmış borcun məhkəmə qaydasında silinməsi yaxşı haldır. Lakin, bu xidmətlə bağlı abonentə buna görə dəyən maddi və mənəvi ziyana görə, abonentlərin məhkəmə əziyyətlərinə və xərclərinə görə pul əvəzinin ödənməməsi, bu borcu yazan vəzifəli şəxslər barəsində heç bir halda cinayət işinin başlanması barədə xüsusi məhkəmə qərarlarının olmaması da yaxşı hal deyil.6. Nə qədər ki, hətta məhkəmələr belə yalnız bu borcu siləcək bu hallar da davam edəcək, yəni abonentlərə qanunsuz və əsassız borclar yazılacaq. Niyə də yazılmasını, ən pis halda borclar silinir, bu əsassız və qanunsuz borcları yazan, onları əzab əziyyətə salan, maddi və mənəvi ziyan vuran istehsalçı və ya onun məsul vəzifəli şəxsləri, abonentləri incitdiyinə və qanunsuz borc yazdığına görə məsuliyyət daşımır. Ən pis halda isə bu borc məhkəmə qaydasında silinir.7. Bir halda ki, əsassız və qanunsuz borcların yazılması açıq aşkardır, istehlakçı hüquqları açıq aşkar və kobud surətdə pozulur, kütləvi xarakter alıb və bu barədə kifayət qədər məhkəmə qərarları qəbul edilir, hesab edirəm ki, bu halda qərar qəbul edən Hakim işə baxarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsini əsas tutaraq:Proses iştirakçılarının və ya digər şəxslərin (göstərilən halda istehlakçıların məsul vəzifəli şəxsləri) əməllərində cinayətin əlamətlərini aşkar çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.Müəllif: Azər QuliyevNeftçilərin Hüquqlarının Müdafiəsi TəşkilatınınEksperti - Dia-az.İnfo

Seçilən
12
dia-az.info

1Mənbələr