Artıq "iPhone"ları bir baxışla idarə etmək mümkün olub.
Milli.Az bildirir ki, sentyabr ayının 16-da təqdim edilən iOS 18 ilə gələn bu funksiya son illərdə istehsal edilmiş "iPhone"lar üçün aktiv olub.
Bunun üçün ilk növbədə iOS 18-i yeniləmək, sonra da tənzimləmələrdən göz təqibini aktivləşdirmək lazımdır. Funksiyanın işləməsi üçün telefonla göz arasındakı məsafə ən çoxu 30 santimetr olmalıdır.
Qeyd edək ki, "iPhone"nun köhnə modellərində bu mümkün olmayacaq.
İsmayıl
Milli.Az