AZ

Şou-biznesdəki qalmaqala Nura Suri də qoşulub

Şou-biznesdəki

"Yaxşı görünmək üçün çox pul xərcləməyə ehtiyac yoxdur. Nəyi hansı geyimlə uyğunlaşdırmağı, nəyi hara geyinməyi bilirsinizsə, zövqünüz varsa, çox ucuz geyimlər alıb, çox gözəl geyinə və görünə bilərsiniz".

Reyting.az
xəbər verir ki, bu sözləri müğənni Nura Suri deyib.

Sənətçi şou-biznesdə bir neçə gündür gündəmdən düşməyən brend qalmaqalına münasibət bildirib.

"Məndən sizə məsləhət: brend mal almaqla brend olunmur. Bəli, acı həqiqət. Bilin, bunu da. Paltarı siz daşıyır, siz gözəl edirsiniz. Alın, geyinin, amma daşıya bilin",- deyə Nura əlavə edib.

Qeyd edək ki, müğənni Ayan Babakişiyeva Azərbaycanda müğənnilər arasında Xalq artisti Aygün Kazımova, Röya Ayxan, müğənni Gülay Zeynallı və özündən başqa bahalı brend geyinən olmadığını bildirib.

Onun bu sözlərinə aktrisa Pərvin Abıyeva "Xətrimə dəyirlər", müğənni Xuraman Şuşalı isə "Bilmədim gülüm, yoxsa ağlayım",- şərhini yazıb.(Axşam.az)
Seçilən
145
3
Mənbələr
Şərh ()
Bağla