Sülh əldə olunandan sonra Azərbaycandan qaz nəqli və ya tranzitini istisna etmək olmaz.
İnterpress.az xəbər verir ki, Ermənistanın baş naziri Paşinyan sülh müqaviləsinin imzalanması şərti ilə Azərbaycandan qaz idxalı və ya tranzitinin mümkünlüyünü istisna etmir.
“Biz Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistan ərazisindən keçəcəyi ssenarisini istisna edə bilmərik”, – o qeyd edib.
Paşinyan həmçinin enerji mənbələrinin şaxələndirilməsinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, heç bir ölkə enerji təhlükəsizliyini tam təmin edə bilməz, ona görə də onu müxtəlif enerji mənbələri hesabına artırmaq üçün tədbirlər görülməlidir.
Xuraman Etibarlı
İnterpress.az