Rusiyalı haker qruplarından biri Ermənistanın baş nazirinin ofisinin məlumat bazasına nüfuz edə bildiyini iddia edir.
İnterpress.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.
“Məlumat bazası bizim ixtiyarımızdadır” deyən hakerlər hökumətin növbəti 48 saat ərzində 2,5 milyon dollar köçürməsə, məlumatların məhv ediləcəyi ilə hədələyirlər.
Rusiyalı haker qruplarından biri iddia edir ki, o, Ermənistanın baş nazirinin ofisinin məlumat bazasına – FTP transfer sistemi vasitəsilə nüfuz edə bilib.
Hakerlər hökumətin növbəti 48 saat ərzində onlara 2,5 milyon dollar köçürməsə, məlumatların məhv ediləcəyi ilə hədələyərək, “Bizim ixtiyarımızda verilənlər bazamız var” deyir. Ermənistan hökuməti hələlik Svobodanın bu məsələ ilə bağlı suallarına cavab verməyib.