AZ

Gənclərə sağlam həyat tərzi təbliğ olunur

“Intellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin Lənkəran rayonunda Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cənub bölgəsində gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı layihə uğurla başa çatıb.

Layihə çərçivəsində ümumlikdə 40 nəfər gənc 2 gün boyunca narkomaniya və sağlam həyat tərzi ilə bağlı təlimdə iştirak edib. Gənclər eləcə də “Natiqlik və effektiv təqdimatın keçirilməsi” mövzusunda təlim alıblar. Eyni zamanda həmin gənclər rayonun7ortaməktəbindəümumilikdə200-dəkşagirdləgörüşüb, öyrəndikləri və əldə etmiş olduqları məlumatları onlarla paylaşıblar.

Son orta məktəblərin şagirdləri sağlamlıq mövzusunda (narkomaniya və onun zərərləri barədə)rəsmlərçəkmiş və onlarüçün təşkil edilmiş rəsm sərgisində bu rəsmlər nümayiş etdirilib.

"Gənclər təşkilatı olaraq inanırıq ki, bu tip layihələr gənclər arasında sağlam həyat tərzini təşviq etməklə, onların zərərli vərdişlərdən uzaq durmasına və daha sağlam həyat seçimləri etməsi üçün xüsusi əhəmiyyət daşıyır. Belə təşəbbüslər gənclərinnatiqlik,liderlikvəünsiyyətbacarıqlarınıinkişafetdirməkləyanaşı, onların ictimai məsuliyyət hissini də gücləndirir. Gənclər arasında bu cür maarifləndirmə fəaliyyətləri onların gələcəkdə daha fəal vətəndaşlar kimi formalaşmasına, həmçinin cəmiyyətin sosial və sağlamlıq problemlərinin həllində fəaliştirakçıolmalarınaəhəmiyyətlidərəcədətəsirgöstərir.Nəticədə,sağlam düşüncəli, sosial baxımdan aktiv bir gənclik yetişməsinə münbit şərait yaranır", - təşkilatın yaydığı məlumatda qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
turkustan.az

1Mənbələr