"Lənkəran" heyətini yeni basketbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, türkiyəli oyunçu Çınar Çakmak yeni mövsümdən "Lənkəran"ın formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
193 sm boya malik olan hücumçu ilə 1 illik müqavilə imzalanıb. Onun son klubu Türkiyənin “Cedi Osman Akademiyası” olub. 18 yaşlı gənc oyunçu “Beylikdüzü
İxtisas” və “Alba Berlin” (Almaniya) klublarında da oynayıb.
Qeyd edək ki, “Lənkəran” bundan əvvəl Ceremi Berrayt, Qreqory Milton, Rəşid Abbasov və Valid Ağasızadəni heyətinə qatıb.