Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın18-də Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın MilliQəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib.
Trend xəbər verir ki, əvvəlcəMilli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıqnümunəsinin gənc nəslə aşılanması üçün şəhidin doğulduğu kənddəyaradılan ev muzeyinə gələn Leyla Əliyeva burada Mübarizİbrahimovun şəxsi əşyaları, onun həyat yolunu əks etdirəneksponatlarla tanış olub.
Sonra Mübariz İbrahimovun ailəsinin yaşadığı evə gələn LeylaƏliyeva Azərbaycanın Milli Qəhrəmanının atası və anası ilə çaysüfrəsi arxasında söhbət edib.
Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci ilfevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
O, 2009-cu ilin avqustunda öz arzusu ilə cəbhə bölgəsində hərbixidmətə başlayıb. 2010-cu il iyunun 19-da gecə saat 23 radələrindəTərtər istiqamətində iki ordu arasındakı bir kilometrlik minalanmışsahəni təkbaşına keçən Mübariz Ermənistan Silahlı Qüvvələrinin çoxsayda əsgər və zabitini ilk həmlədə məhv edib. Beş saatlıq döyüşdədüşməni ağır itkilərə məruz qoyan M.İbrahimov qeyri-bərabər döyüşdəqəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Mübariz İbrahimovaölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.Prezidentin digər Sərəncamı ilə Milli Qəhrəmanın xatirəsiəbədiləşdirilib.