AZ

Hindistan ucuz Rusiya neftini almaqdan imtina etməyəcək

Hindistan ucuz rus neftini almaqdan imtina etməyi planlaşdırmır.

Valyuta.az xəbər verir ki, bunu Hindistanın neft və təbii qaz naziri Hardeep Sinq Puri bildirib. 

"Əgər müəssisə sanksiyalar altında olmasa, biz, şübhəsiz ki, yanacağı ən ucuz təchizatçıdan alacağıq", deyə nazir bildirib.

Puri onu da xatırladıb ki, Hindistan ucuz rus xammalı idxal edən yeganə ölkə deyil. Nazir qeyd edib ki, Avropa və Yaponiya da Rusiya Federasiyasından enerji resursları almağa davam edir.

Ötən gün məlum olub ki, ilin birinci yarısının yekunlarına əsasən, Qərb müttəfiqləri sanksiyalardan yan keçərək, təxminən 2 milyard dollar dəyərində Rusiya mənşəli neft alıblar.

Hindistan dünyada üçüncü ən böyük neft istehlakçısı və idxalçısıdır. Ölkə ehtiyac duyduğu yanacağın təxminən 88%-ni alır.

Paşa Məmmədli

Seçilən
2
1
valyuta.az

2Mənbələr