Bakı. Trend:
Beynəlxalq Gimnastika Federasiyası (FIG) sabah Gimaraeşdə(Portuqaliya) başlayacaq akrobatika üzrə dünya çempionatıərəfəsində Azərbaycan komandasının şanslarını dəyərləndirib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, FIG mütləq Avropa çempionu kimi mübarizəaparacaq Raziyə Seyidli - Ağasif Rəhimov qarışıq cütünü xüsusi qeydedib.
“Seyidli və Rəhimov vaxtilə dünya çempionatında fəxri kürsüyəçıxıblar, lakin orada heç vaxt qızıl medal qazanmayıblar. Onlarqalib olmağı çox istəyirlər”, - beynəlxalq federasiya dünyaçempionatı ilə bağlı məqaləsində belə yazır.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı həmçinin MilanaƏliyeva - Sabir Ağayev qarışıq cütlüyü, Murad Rəfiyev - DanielAbbasov kişi cütlüyü və Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərovvə Abdulla Əl-Meşaihidən ibarət kişi qrupu təmsil edəcək.