"KRİSTAL ABŞERON" MTK- NIN VƏTƏNDAŞLARA YAŞATDIĞI ZÜLM...
Ən dəhşətli fakt isı odur ki, MTK- nın aradüzəldənləri sakinlərin evlərini dəyər- dəyməzinə alır, guya ərazidə abadlıq işləri görüləcək, amma dərhal da hansısa yolla həmin mənzilləri öz adlarına keçirirlər ki, sonra baha qiymətə sənədləşdirsinlər... Evinin sökülməsinə razı olmayanların isə ətrafını dağıdıb qəsdən siçan və siçovulların məkanına çevirirlər. Sakinlər deyir ki, siçovullar gecələr bizi yatmağa qoymurlar...
Daha ətraflı yazı "Təzadlar"da yayımlanacaq.
Sonda: təsəvvür edirsinizmi, bu dağıntı və xarabalıq "Alov qüllələri"nin 300 metrliyində, N.Nərimanov heykəlinin 100 metrliyindədir... Sakinlərə 2 min manatdan təklif edirlər. 60 kvm. Sahəsi olan sakin bu qiymətə heş Hövsanda ev ala bilməz...
Sakinlərə zülm yaşadan aradüzəldənlər isə maraqlıdır ki, millət vəkili Ağalar Vəliyevin adından danışırlar. Amma tam əminliklə deyə bilərik ki, bu ağ yalandır, Azərbaycanda böyük nüfuz sahibi olan və hallalığın gerçək ünvanı olan Ağalar Vəliyevin bu hoqqabazlıqdan xəbəri yoxdur...
Bu gün sakinlərlə görüşdük, kontrastTV üçün geniş reportaj hazırlanır
Elçin Məmmədli,
Jurnalist- reportyor