"Abşeron" basketbol klubu heyətini ABŞ-li oyunçu ilə gücləndirib.
"Far.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun qurucusu mövqeyində çıxış edən Sedrik Consonla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Basketbolçu son olaraq ölkəsində "St-Xavier" komandasının şərəfini qoruyub.
Qeyd edək ki, "Abşeron" buna qədər Lari Robinson və Nəcəf Babayevlə 1 illik müqavilə imzalayıb.