İtaliyalı futbol mütəxəssisi Stefano Pioli Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna baş məşqçi təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.
58 yaşlı mütəxəssisin son iş yeri 2021/2022 mövsümündə İtaliya çempionatının qalibi olduğu “Milan” olub.
Xatırladaq ki, sentyabrın 17-də “Əl-Nəsr” portuqaliyalı mütəxəssis Luis Kastronun komandanın baş məşqçisi postundan qovulduğunu açıqlamışdı. 63 yaşlı mütəxəssis bu posta 2023-cü ilin iyulunda təyin olunub. Bu müddət ərzində Səudiyyə klubu onun rəhbərliyi altında bütün turnirlərdə 54 oyun keçirib, 36 dəfə qalib gəlib, 9 dəfə heç-heçə edib, 9 dəfə isə uduzub.