AZ

Analitikdən xəbərdarlıq: ABŞ əsas faiz dərəcəsini bir anda 0,5 faiz endirə bilər

ABŞ Federal Ehtiyat Sistemi (FRS) sentyabrın 18-də keçiriləcək iclasda əsas uçot dərəcəsini 0,25 faiz bəndi əvəzinə bir dəfəyə 0,5 faiz endirə bilər.

Valyuta.az xəbər verir ki, bunu “BCS World of Investments” şirkətinin analitika və təşviqat şöbəsinin rəhbəri Oksana Xolodenko deyib. 

O qeyd edib ki, dünyanın aparıcı tənzimləyiciləri - Federal Ehtiyatlar Sistemi və Avropa Mərkəzi Bankı (ECB) adətən sinxron şəkildə fəaliyyət göstərir.

“Avrozonanın Mərkəzi Bankı öz addımlarının muxtariyyətinə işarə etdi, lakin qloballaşma və sanksiyalar rejimi bizə fərqli bir fərziyyə irəli sürməyə imkan verir”, - ekspert bildirib.

O xatırladıb ki, ECB artıq uçot dərəcəsini iki dəfə endirib, indi bu Federal Ehtiyat Sisteminin səlahiyyətindədir. FED-in bunun üçün hər cür səbəbi var - inflyasiya yavaşlayır, əmək bazarı isə çox zəifdir, Xolodenko qeyd edib.

O, həmçinin ilin sonuna qədər əsas faiz dərəcəsinin 1-1,25 faiz bəndi azala biləcəyi fikrini ifadə edib. O, düşmə dövrünün 2026-cı ilə qədər davam edəcəyini ehtimal edib, lakin əslində bu, maliyyə aktivlərinin FES-in addımlarına reaksiyası və tənzimləyicinin ritorikasına görə daha qısa ola bilər.

Nicat

Seçilən
11
valyuta.az

1Mənbələr