Abşeron rayonunda faciə baş verib.
Bakupost.az xəbər verir ki, rayonun Güzdək qəsəbəsi sakini, 2019-cu il təvəllüdlü Nuray Bəşirovanı qatar vurub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin uşağın durumunu kritik qiymətləndirirlər.
Qeyd edək ki, oxşar hadisə bu ilin iyul ayında da baş vermişdi. ADY-na məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxmışdə və həyatını itirmişdi.
Elnur
Baku Post