AZ

ABŞ Dövlət Departamenti Ermənistana hərbi və digər yardımların artırılmasına münasibət bildirib

Bakı. Trend:

“ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməkləbağlı suveren hüququna hörmət edir”.

Trend xəbər verir ki, bubarədə ABŞ Dövlət Departamentindən AZƏRTAC-ın ABŞ müxbirininregionda Ermənistanın hərbiləşdirilməsi siyasətinin, keçmiş ATƏT-inMinsk qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsinin vəABŞ və Avropa İttifaqının artan hərbi dəstəyinin AzərbaycanlaErmənistan arasında davam edən sülh sazişi danışıqlarına təsiri, ocümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbiəlaqələrin daha geniş regionda stabilliyə təhdid təşkil etməsi iləbağlı sorğusuna cavabında deyilib. ABŞ-ın Ermənistana yardımlarınıartırmasına gəldikdə bildirilib ki, ABŞ-ın bu ölkəyə yardımı onundemokratik və iqtisadi inkişafını artırmaq, regional iqtisadiyyatainteqrasiyanı gücləndirmək, ticarəti şaxələndirmək və mənfitəsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir.

Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın və Ermənistanınregionda təhlükəsizliyi və tərəqqini təmin edəcəyinə inanır,davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir:“Tərəflər razılaşmanın yekunlaşdırılması istiqamətində əhəmiyyətliirəliləyiş əldə ediblər və ABŞ bu prosesi istənilən şəkildədəstəkləməyə sadiqdir”.

Seçilən
17
19
az.trend.az

10Mənbələr