AZ

“Neftçi”, “Lənkəran” və “Gəncə” üçün amerikalı basketbolçular

Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünə hazırlaşan “Neftçi” heyətini iki amerikalı basketbolçu ilə gücləndirib.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, 213 sm boya malik olan Alonzo Kempbell və 29 yaşlı Broderik Robinson “Neftçi” ilə 1 illik müqavilə imzalayıblar.

Broderik Robinson son olaraq Portuqaliyanın “Braqa” klubunun şərəfini qoruyub. Alonzo Kempbell isə ötən mövsüm İsveçrədə çıxış edib.

Lənkəran”da heyətini gücləndirməkdə davam edir. Sözügedən klub da amerikalı basketbolçu Ceremi Berraytı heyətinə qatıb. 34 yaşlı təcrübəli basketbolçu ilə 1 illik müqavilə imzalanıb. Son klubu “Okelbo” (İsveç) olan olan Berrayt “Gieben Pointers” (Almaniya), “Vankuver Volkanoes” (ABŞ), “Araraquara” (Braziliya) komandalarında da oynayıb.

Türkiyəli basketbolçu Çınar Çakmak da yeni mövsümdən “Lənkəran”nın formasını geyinəcək. 193 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb. Onun son klubu Türkiyənin “Cedi Osman Akademiyası” olub. 18 yaşlı gənc oyunçu “Beylikdüzü İxtisas” və “Alba Berlin” (Almaniya) klublarında da oynayıb.

Gəncə” də heyətinə yeni oyunçular qatıb. Belə ki, türkiyəli Kaan Yıldırımkanlı bundan sonra “Gəncə”nin şərəfini qoruyacaq. 193 sm boya malik 23 yaşlı basketbolçu hücumçu mövqeyində oynayır. O, yeni komandasında 5 nömrəli forma ilə meydana çıxacaq. Kaan son mövsümü Türkiyənin 2-ci Liqasında (TBL) “Kapaklı Spor” klubunda keçirib.

“Gəncə” Amerika Birləşmiş Ştatlarından olan Cordan Forbsu da heyətinə cəlb edib. 26 yaşlı basketbolçu ampluaca hücumçudur. Boyu 190 sm olan Forbs yeni komandasında 3 nömrəli formanı geyinəcək. Cordanın son klubu Avstraliyanın 1-ci Liqasında çıxış edən “Strut Sabres” olub.

Abşeron” da heyətini amerikalı oyunçu ilə gücləndirib. Oyun qurucusu mövqeyində çıxış edən Sedrik Consonla mövsümün sonuna qədər müqavilə imzalanıb. Basketbolçu son olaraq ölkəsində “St-Xavyer” komandasının şərəfini qoruyub.

“Abşeron” Nəcəf Babayevlə də yeni müqavilə bağlayıb. Oyun qurucusu ilə müqavilənin müddəti qarşıdakı mövsümün sonunadək nəzərdə tutulub. Babayev Azərbaycanın aşağı yaş qrupları (U-16, U-18 və U-20) üzrə milli komandalarının heyətində də çıxış edib.

Debütant hazırlığa başladı

Sumqayıt” da 2 basketbolçusu ilə müqaviləni yeniləyib. Klub ötən mövsüm heyətində çıxış edən Fərid Mahmudov və Murad Orucəliyevlə yenidən anlaşıb. Basketbolçularla 1 illik müqavilə imzalanıb.

Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında çıxış edəcək “Quba” da hazırlığa başlayıb. Şəhriyar Əsgərovun rəhbərlik etdiyi heyət Azərbaycan Texniki Universitetinin idman zalında yeni mövsümə hazırlaşır.

Bölgə klubunun yeni transferləri artıq düşərgəyə qoşulub. Malik Raşad Hant, Davonte Kraven və ötən mövsümü “Cəlilabad”da keçirmiş legioner Levan Qoqaladze, həmçinin, əksər yerlilər Zaur Paşayev, Fikrət Paşayev, Andrey Kondratyev, Hüseyn Əliyev, Ülvi Məmmədov, Seyidhüseyn Eynullayev, Məhəmmədəli Məmmədzadə də bu dəfə “Quba”nın formasını geyinəcəklər.

Seçilən
35
arena.az

1Mənbələr