AZ

Günün qoroskopu: Sizi xoş sürprizlər gözləyir

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - günün ilk yarısında yaranacaq çətinliklər sizi ruhdan salmasın. Bədbinliyə qapılmayın. Situasiya az sonra dəyişəcək. Sadəcə, o anı gözləmək gərəkdir. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq.

Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Sizə yardım edəcək insanlarla tanış ola bilərsiniz.

Günün ikinci yarısı liderlik məziyyətlərinizin nümayişi üçün münasib zamandır. Yaxın ətrafınızdakı insanlar təklif və təşəbbüslərinizi dəstəkləyəcəklər. Axşam saatlarını dostlarla keçirin. Gəzintiyə çıxmaq olar.

Buğa - günün ilk yarısında bəzi planları həyata keçirmək olar. Fəndgir və hiyləgər olun. Məqsədə çatmaq üçün qarşınıza çıxan maneələri dəf edin. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək.

Yeni layihənin həyata keçirilməsi üçün münasib zamandır. Birgə fəaliyyətdən imtina etməyin.

Günün ikinci yarısında kommersiya fəaliyyətində astagəllik etməyin. Anlaşmalar və müqavilələrin müzakirəsi zamanı diqqətli davranın. Yeni təşəbbüslər uğurludur. İdeyalarınız nə qədər cəsarətli olarsa, həmin təşəbbüslərin reallaşma şansı bir o qədər çoxdur.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - günün ilk yarısında maraqlı hadisələrlə zəngin olmayacaq. Yaşananlar sizə darıxdırıcı və usandırıcı təsir bağışlaya bilər. Yaxın ətrafınızdakı insanların uğurlarına paxıllıq etməyin. Kobud və ya axmaq adamlarla ünsiyyətdə olmayın. Situasiyaya müsbət təmayüllərin təsiri güclənəcək.

Günün ikinci yarısında kiçik səfər, gəzinti əhvalınızı yaxşılaşdıracaq. Sizi bədbinlikdən qurtaracaq, maraqlandıracaq iş və ya məşğuliyyət tapın.

Axşam saatlarını yaxınlarınıza həsr edin.

Xərçəng - özünüzü aldatmayın, sadə məsələləri heç bir səbəb olmadan mürəkkəbləşdirməyin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda həssas və səmimi olmağa çalışın. Ağır problemlərin həlli müşkül deyil.

Günün ikinci yarısında bədxahlar və rəqiblər passiv olacaqlar. Hadisələrin məcrasına kobud müdaxilə etməyin. Gözlənilməz gəlirlər və ya hədiyyə istisna deyil.

Sizi xoş tanışlıqlar gözləyir. Belə təmaslardan birinin davamı romantik ola bilər.

Şir - hadisələrlə zəngin gündür. Əfsuslar olsun ki, olayların əksəriyyəti xoş deyil. Ailə üzvləri ilə münasibətlərdə problemlər yaranacaq. "Hakimiyyət uğrunda mübarizə" təmaslarda çətinliklərdən savayı heç nə vəd etmir. Yaxın ətrafınızdakı insanlara necə davranmaları ilə bağlı göstərişlər verməyin.

Səhvlərin fəsadlarını aradan qaldırın.

Günün ikinci yarısında işlərinizdə aktiv olun. Ünsiyyətdə olduğunuz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın. Alış-verişdə bədxərclik etməyin.

Statusunuzu yüksəldin.

Qız - fəaliyyət planını əvvəlcədən hazırlayıbsınızsa, günün ilk yarısı uğurlu olacaq. Detallara və xırda təfərrüatlara fikir verin. Diqqətiniz dağınıq olmasın. Mübahisələrdə mövqeyinizdən geri çəkilməyin. Qətiyyətli və iradəli olsanız, mübahisələrdə opponentlərinizi üstələyəcəksiniz.

Günün ikinci yarısında qohumlardan biri ilə fikir ayrılıqlarını aradan qaldırın, çoxdankı münaqişəyə son qoyun.

Maliyyə çətinlikləri istisna deyil. Onlar müvəqqəti olacaq və narahatlığa səbəb yoxdur. Peşə fəaliyyəti, kommersiya məsələləri ilə bağlı məsələləri müzakirə etmək məsləhət deyil. Həmkarlarla qeyri-formal şəraitdə görüşə bilərsiniz.

Tərəzi - günün ilk yarısı pis deyil. Narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. Xoş sürprizlər istisna deyil. Dəyər verdiyiniz insanı sevindirməyə çalışın. Romantik təmaslarda diqqətli və həssas olun. Hiyləgərlik və fəndgirlik etməyin. Yeni tanışlarda xoş hisslər yaratmaq üçün saxtakarlıq məsləhət deyil.

Seçilən
152
50
publika.az

10Mənbələr