“Abşeron” basketbol klubu heyətini amerikalı oyunçu ilə gücləndirib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun qurucusu mövqeyində çıxış edən Sedrik Consonla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Basketbolçu son olaraq ölkəsində “St-Xavier” komandasının şərəfini qoruyub.
“Abşeron” buna qədər Lari Robinson və Nəcəf Babayevlə 1 illik müqavilə imzalayıb.