AZ

Avropada koronavirusun yeni növü yayılmağa başlayıb

Bakı. Trend:

Avropa ölkələrində koronavirusun yeni alt növü XEC yayılmağabaşlayıb. Epidemioloqların fikrincə, bu alt növ dominantlardanbirinə çevrilə bilər.

Trend xəbər verir ki, XEC ilkdəfə yayın əvvəlində Almaniyada qeydə alınıb, ardınca 11 Avropaölkəsinə yayılıb.

XES alt növü virusun iki fərqli variantının birləşməsidir. Onlargenetik məlumatlarını qarışdıraraq virusun yeni variantınıyaradırlar. Bu, hazırda koronavirusun tamamilə dominant formasıolan “omikron”un alt variantıdır.

Virus daim insanlarda immunitet vəziyyətinə uyğunlaşan yenimutasiyalar əmələ gətirir. XEC-də onun əvvəlki variantlara yoluxmuşşəxslər arasında daha asan yayılmasına imkan verən dəyişikliklərvar.

Tibb ekspertlərinin sözlərinə görə, XEC-in əvvəlki variantlardandaha təhlükəli olduğuna, həmçinin, peyvənd sayəsində əhalinin ciddiağırlaşmalardan yaxşı qorunduğuna dair heç bir əlamət yoxdur.

Seçilən
128
11
az.trend.az

10Mənbələr