AZ

Almaniyada yaşı yüzü ötən insanların sayı artıb

Bakı. Trend:

2022-ci ilin siyahıyaalmasına əsasən, Almaniyada yüz ildən çoxyaşayan azı 16 min 800 nəfər var.

Trend xəbər verir ki, 2011-ciildə aparılan öncəki siyahıyaalmada bu göstərici 13 min 400 nəfərolub. Beləliklə, ötən dövr ərzində Almaniyada yaşı yüzü keçənvətəndaşların sayında 25 faizlik artım qeydə alınıb.

Ekspertlər yaşlı insanların sayının artmasını həyat şəraitininyaxşılaşması və tibb sahəsində tərəqqi ilə izah edirlər.

Həmçinin məlum olub ki, qadınların ömrü kişilərdən daha uzundur.Belə ki, yaşı yüzü ötən insanların yalnız 15 faizi kişilərdir.Uzunömürlülər ən çox Hamburq, Şlezviq-Holşteyn və Saksoniya federaltorpaqlarında yaşayırlar. Yaşlı insanların ən çox olduğu şəhər isəhər 10 min nəfərə 4,6 uzunömürlünün düşdüyü Vürzburqudur (Bavariyafederal torpağı).

Seçilən
26
5
az.trend.az

6Mənbələr