AZ

Məhdud buraxılışlı "Mercedes-AMG GT" təqdim olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu həftə sonu keçiriləcək "Formula-1" Sinqapur Qran-prisi ərəfəsində "Mercedes-Benz" məhdud buraxılışlı "AMG GT 63 Pro 4Matic+ - Motorsport Collectors Edition" modelini təqdim edib.
Oxu.Az-ın championat.com-a istinadən xəbər verir ki, avtomobilin rəngləri "Mercedes-AMG Formula-1" avtomobillərini xatırladır. Kuzov qara rəngdə hazırlanıb və firuzəyi elementlərlə bəzədilib, arxada isə üçbucaqlı ulduzdan istifadə edilən naxış var.
"Mercedes-AMG GT 63 Pro 4Matic+ Motorsport Collectors Edition" karbon lifli ön splitter və arxa qanaddan ibarət AMG xarici karbon fiber paketi ilə birlikdə satılır. Kapotun altında 450 kVt (612 at gücü) gücündə dörd litrlik tvin-turbo V8 mühərriki yerləşir. Avtomobilin tirajı 200 nüsxə ilə məhdudlaşır.
Seçilən
50
50
oxu.az

10Mənbələr