AZ

"Bakı Fond Birjası" növbəti 3 ildə 7 əsas strateji təşəbbüslə çıxış edəcək

"Bakı Fond Birjası" QSC (BFB) növbəti 3 illik fəaliyyətini 7 əsas strateji təşəbbüslə planlaşdırır.Bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) yeni brend kimliyi ilə bağlı keçirilən mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib."Bu təşəbbüslərdən 4-ü istiqraz, 3-ü isə səhm bazarı ilə bağlıdır. İstiqraz bazarı üzrə 1-ci təşəbbüs dövlət müəssisələrinin istiqraz buraxılışının təşviq edilməsidir. Onların bu sahədə potensialı var və əsas məqsəd dövlət müəssisələrinin istiqraz bazarındakı payını artırmaqdır. Növbəti üç ildə dövlət müəssisələrinin istiqraz buraxılışlarının məbləği 1,3 milyard manata qədər arta bilər. 2-ci təşəbbüs institusional investorların istiqraz bazarına cəlb edilməsidir. Korporativ strukturlarda sərbəst qalan vəsaitlərin investisiya formasında bazara cəlb olunması üçün işlər aparılacaq. 3-cü təşəbbüs isə korporativ istiqraz buraxılışlarının təşviqidir. Bu sahədə proqnozlaşdırılan artım potensialı 1,5 milyard manatdır. 4-cü təşəbbüs isə fərdi investorların istiqraz bazarındakı rolunun artırılması ilə bağlıdır. Onların potensialı 280 milyon manat proqnozlaşdırılır", - deyə o qeyd edib."Səhm bazarı ilə bağlı təşəbbüslərə gəlincə isə 1-ci təşəbbüs fərdi investorların səhm bazarında iştirakını asanlaşdırmaq üçün lazımi tədbirlərin görülməsidir. 2-ci təşəbbüs özəl müəssisələrin səhmlərinin ilkin kütləvi təklifinin (IPO) təşviq edilməsidir. Özəl müəssisələrin səhm bazarının kapitalizasiyasının proqnozlaşdırılan artımı 500 milyon manatdır. 3-ü təşəbbüs isə IPO akselerator proqramının işə salınmasıdır", - deyə R.Xəlilov əlavə edib.

ADEX

Seçilən
20
baku.news

1Mənbələr