AZ

Şimali Koreya növbəti raket sınağını keçirib - 4,5 tonluq raket istifadə olunub

Şimali Koreya növbəti raket sınağını keçirib.

"AzPolitika" xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunub ki, ölkə lideri Kim Çen In raket sınağını şəxsən özü izləyib.

Məlumata görə, 4,5 tona qədər döyüş başlığı daşıya bilən raketin sınaq atışı onun 320 kilometr məsafədə dəqiqliyini yoxlamaq üçün həyata keçirilib. Bundan əlavə, təkmilləşdirilmiş strateji qanadlı raket də sınaqdan keçirilib.

Kim bildirib ki, sınaqlar vasitəsilə silah və texnikanın performansının yaxşılaşdırılması, xarici qüvvələrin Şimali Koreyanın təhlükəsizliyinə yaratdığı ciddi təhdidlər birbaşa bağlıdır.

Kim sınaqların nəticələrindən məmnun olduğunu qeyd edib.

Şimali Koreya lideri həmçinin ölkənin nüvə gücünün artırılmasının vacibliyini vurğulayıb və bildirib ki, o, ölkəsinin hərbi potensialın gücləndirilməsini ən mühüm məsələ kimi görür.

"AzPolitika.info"

Seçilən
54
45
azpolitika.info

10Mənbələr